Dünyada koronavirusa yoluxanların sayı 59 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 59 milyonu ötdüDünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb.

Avrasiya.net-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 59 128 645 nəfərə çatıb. Onlardan 1 395 658 nəfəri ölüb, 37 849 172 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (12 414 292), Hindistanda (9 139 865 ) və Braziliyada (6 087 608) qeydə alınıb.