Fermerləri maarifləndirən layihə“Bərəkət” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağlı istehsalat kooperativinin məhsullarının brendləşdirilməsi və keyfiyyət sertifikatının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası başa çatıb. Layihə 2 ay müddətində Salyan rayonunun Qarabağlı kəndində icra edilib.

Layihə Salyan rayonunda yerləşən Qarabağlı istehsalat kooperativinin məhsullarının brendləşdirilməsi və İSO keyfiyyət sertifikatının alınması, "PECB Certified ISO 9001 Foundation" sertifikatının mahiyyəti, ISO 900 təməl bazası və Keyfiyyətin İdarəetmə Sisteminin (KİS) həyata keçirilməsi və idarəetmədə vacib elementlərinin, KİS-in müxtəlif modullarının, KİS siyasəti, prosedurları, rəhbərliyin öhdəlikləri, daxili auditin rolu və KİS-in tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi istiqamətində maarifləndirmə işini həyata keçirməklə, davamlı inkişafın təmin olunmasının mümkünlüyündən bəhs edir.

Layihənin məqsədi qeyd olunan coğrafi ərazidə ISO 9001:2015 standartının tələbləri, ISO 9001 standartın yeni 2015-ci il versiyası ilə 2008-ci il versiyası arasındakı fərqlər barədə məlumatın verilməsi, yeni standartın maddələrinin şərhi, KİS-in tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi və real nümunələr əsasında mövcud üstünlükləri göstərmək, elmi-nəzəri və praktiki cəhətdən əsaslandıraraq belə yanaşmanın öyrədilməsi, təbliği və tətbiqi komponentlərindən ibarətdir.

Layihə çərçivəsində “Biznesin inkişafında məhsul brendləşməsi və keyfiyyət sertifikatının rolu” adlı 500 nüsxədən ibarət kitab çap edilib. Kitab kooperativin üzvü olan fermerlərə paylanılıb.
Fermerləri maarifləndirən layihə
Nigeriyalı piratlar 2 rusu oğurladıNigeriyanın Laqosa şəhəri yaxınlığında dəniz quldurları gəmiyə hücum edərək iki Rusiya vətəndaşını oğurlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Nigeriyadakı səfirliyi məlumat yayıb.

Səfirlikdən verilən məlumata görə, hazırda diplomatlar və Nigeriyanın hüquq-mühafizə orqanları oğurlanan vətəndaşların azad edilməsinə dair iş aparırlar.
Nazirdən dərslərlə bağlı daha bir - ƏmrTəhsil naziri Emin Əmrullayev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2020-2021-ci dərs ili üçün tədris planlarının təsdiqi ilə bağlı əmr imzalayıb.

Avrasiya.net xəbər verir ki, əmrə əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan X-XI siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür:

- Tədrisi rus dilində aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi”

- Tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.

Əmrdə deyilir ki, təmayül siniflərinin komplektləşdirilməsində fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyl-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınır. Şagirdlərin hazırlıq səviyyəsinə görə zəruri ehtiyac olduğu halda, məktəb Pedoqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilən bilər.

Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.

Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında “Nitq mədəniyyəti” fakültativ kursu, “texniki”, “humanitar”, “təbiət”, “texniki və təbiət” təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur. “Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyini tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir.

Bir qayda olaraq, “Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, “İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur.
Polis və icra göz yumur, maklerlər isə tikib-satır - FOTOLARQanunsuz tikinti işləri ilə məşğul olan makler şəbəkəsi neft mədəninin ərazisini zəbt edib.

“Report”un məlumatına görə, söhbət Buzovna-Maştağa yolunun sol tərəfində (“Bakı” kafesinin yaxınlığında) yerləşən Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisindən gedir. Yenə də qanunsuz tikinti işləri Azər və Qəzənfər Cəbrayılov qardaşları tərəfindən aparılıb.

“Siçan-pişik” oyunu

Onlar zəbt etdikləri torpaq sahəsində qanunsuz tikinti işlərinə iyulun 24-də başlayıblar. Mühafizəçilərin xəbərdarlıqlarına və əraziyə dəfələrlə çağırılan Xəzər Rayon Polis İdarəsinin 2 saylı polis bölməsinin əməkdaşlarının izahedici söhbətlərinə baxmayaraq, qardaşlar tikinti işlərini dayandırmayıblar. Belə olan halda iyulun 30-da H.Z.Tağıyev adına NQÇİ tərəfindən mədən ərazisindəki qanunsuz tikinti sökülüb.
Polis və icra göz yumur, maklerlər isə tikib-satır - FOTOLAR
Avqust ayının 12-də Azər Cəbrayılov 9-10 nəfərlik işçi qüvvəsi ilə tikinti işlərinə yenidən başlayıb. Mühafizəçilər tikintinin qarşısını almağa çalışsa da, Cəbrayılov qardaşları bütün xəbərdarlıqlara məhəl qoymayaraq işlərini davam etdiriblər. Sentyabrın 2-də hörgü işlərini başa çatdıran maklerlər evin dam örtüyünü vurublar. Bir gün sonra H.Z.Tağıyev adına NQÇİ tərəfindən mədən ərazisindəki qanunsuz tikinti ikinci dəfə qismən sökülüb. Lakin sentyabrın 6-da sökülmüş tikintinin qalıqlarını təmizlətdirən makler qardaşlar bir gün sonra dağıdılmış hissələri bərpa edərək tikinti işlərini tamamlayıblar.

Kim özünü zibilə salmaq istəyirsə, gəlsin...

Ətrafda yaşayan sakinlərin dediyinə görə, Azər Cəbrayılovla mədən ərazilərinin mühafizəçiləri arasında bir neçə dəfə qarşıdurma yaranıb. Mühafizəçilər qanunsuz tikintini sökmək istəyərkən Azər dərhal Maştağa və Buzovnada yaşayan bir neçə narkomanı köməyə çağırır, onlar da gəlib mühafizəçiləri öldürməklə hədələyirlər. Azər Cəbrayılov “mənim bir ayağım gordadı, kim özünü zibilə salmaq istəyirsə, gəlsin” deyərək mühafizəçiləri tikintiyə müdaxilə etməkdən çəkindirməyə çalışır. Ən qəribəsi isə odur ki, Azər Cəbrayılovun bütün bu qanunsuz hərəkətlərini polis əməkdaşları 50-60 metr kənarda dayanıb izləməklə kifayətlənirlər.

Kim gəlir gəlsin, tikəcəm...
Polis və icra göz yumur, maklerlər isə tikib-satır - FOTOLAR
Qanunsuz tikinti işləri ilə məşğul olan Azər Cəbrayılov və onun ətrafına yığdığı dəstə haqqında mətbuatda bir neçə dəfə geniş məlumat verilib. Lakin ictimai qınaqdan dərs çıxarmayan bu insan qanunsuz əməllərinə öz diliylə desək bir qədər də qaz verib. Özündən razı davranışları, “kim gəlir gəlsin, tikəcəm” deməsi, onun həyata keçirdiyi qanunsuz tikintilərə nə polisin, nə də icra hakimiyyətinin müdaxilə etməməsi adamda belə təsürat yaradır ki, Azər Cəbrayılovun arxasında kimsə dayanıb. Başqa cür neft mədəninin ərazisində, dövlət mülkiyyətində olan torpaqları zəbt edib 100-ə yaxın ev tikib satmağa kimin gücü və cəsarəti çatar?! Hamı yaxşı bilir ki, müəyyən məmurları “görüm-baxım” etmədən “icazəsiz” daşı-daş üstə qoymaq mümkün deyil.

Ümumiyyətlə son dövrlər Buzovna qəsəbəsinin ərazisində neft mədəni ərazilərində qanunsuz tikinti halları geniş yayılıb. Maklerlər neft quyularının ətrafındakı boş torpaq sahələrini ata malı kimi bölüb tikinti işləri aparırlar. Təsəvvür edin bu ərazilərdə elə bir qəribə vəziyyət yaranıb ki, işi neft hasil etmək olan H.Z. Tağıyev adına neft-qaz çıxarma idarəsi böyük bir işçi qüvvəsini neft istehsalından ayırıb məhz mədən ərazilərini zəbt edən maklerlərlə mübarizəyə cəlb edib. Bu isə neft şirkətinin işinə xeyli mənfi təsir göstərir.
İdlibdə türk general dünyasını dəyişdiİdlibdə Türkiyə ordusunun generalı həyatını itirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İdlibdə vəzifəsini icra edən general-mayor Sezgin Ərdoğanın halı pisləşib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, S.Ərdoğan ürək çatışmazlığından dünyasını dəyişib.
Allahşükür Paşazadə Nobel mükafatına namizəd olduBu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Mediapost.az-a açıqlamasında bu il Azərbaycandan cəmi bir namizədin təqdim olunduğunu bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib.

Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.
Azərbaycanda daha 175 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldüAzərbaycanda koronavirus infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir.

Ölkədə son sutka ərzində 7140, hazırkı dövrədək isə 980978 test aparılıb.
Bakı polisinin AMEA ətrafına yığışma səbəbi – RəsmiBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Bu barədə Avrasiya.net-ə BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib:

"Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıbdır".

Qeyd edək ki, bu gün polis və hərbi texnikanın AMEA inzibati binasını dövrəyə alması bəzi ehtimallara səbəb olmuşdu.

Əli Həsənovun "müalicə aldığı" klinikadan açıqlamaPrezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, sözügedən klinikadan orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmadığı bildirilib

“Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” - deyə klinikanın əməkdaşı deyib.

Halbuki bir müddət əvvəl Əli Həsənovun “Ersek” ürək-cərrahiyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən “Ersek” klinikasına yerləşdirilib.

Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.

Keçmiş köməkçi özü də istintaqa cəlb olunması barədə xəbərə münasibət bildirmişdi. O, məlumatın əsassız olduğunu, hazırda Türkiyədə müalicə aldığını və hər şey yaxşı olacağı təqdirdə 10-15 günə Azərbaycana qayıdacağını qeyd etmişdi. Əli Həsənovun bu açıqlamasından sonra isə yuxarıda qeyd etdiyimiz məlumat yayılmışdı.