Sizin Reklam Burada

Dünyada yeni pandemiya başlaya bilər

Dünyada yeni pandemiya başlaya bilərMilyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da piylənmə problemini yaradır. Bu isə nəticədə isə yeni qlobal pandemiyaya səbəb ola bilər.

Bu barədə Blumberqin yaydığı məlumatda deyilir.

BMT-nin proqnozlarına əsasən, bu ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, ancaq inkişaf etmiş ölkələrdə isə piylənmə daha ciddi problemlər yaradacaq.

Koronavirus pandemiyası dövründə insanlar gəlirlərini itirdiklərindən zərərli qidalar, xüsusən “fast food”lara üstünlük verərək qidaya qənaət etmək məcburiyyətində qaldılar.

Artıq çəkili insanların sayı ac insanların sayından dəfələrlə çoxdur. Bu xüsusilə inkişaf etmiş ölkələrdə nəzərə çarpır. Kök insanlar isə daha çox şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə meyilli olurlar.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir, bu da artıq çəkiyə meyllilik yaradır və yeni növ pandemiyanın baş verəcəyini şərtləndirir.

Əgər tədbirlər görülməzsə, artıq çəki və bununla əlaqəli sağlamlıq problemləri yaxın on ildə dünyada səhiyyə xərcləri ildə 1,3 trilyon dollar artacaq. (Qafqazinfo)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər