Sizin Reklam Burada

Universitet müəllimi ərini və qızını güllələdi

Universitet müəllimi ərini və qızını güllələdiUkraynada ailə dramı yaşanıb. Povno şəhərində Milli Universitetin müəllimi ailə üzvlərini güllələyib.

Vesti.ru xəbər verir ki, bundan sonra 44 yaşlı İrina İqnatyuk özünü öldürmək istəyib.

Məlum olub ki, qadın əvvəlcə revolverlə əri Yurini güllələyib, daha sonra yatan 13 yaşlı qızına atəş açıb.

Yaralı olan kişi atasına zəng edərək bu barədə deməyə macal tapsa da, təcili yardım gələnə qədər ölüb.

Yeniyetmə isə kürəyindən üç güllə yarası alıb. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.

İntihar etmək istəyən İrina da yaralı vəziyyətdə xəstəxanadadır. Onun həyati təhlükəsi yoxdur.

İrina həm də iqtisadi elmlər namizədi, dosentdir. Onun əri inşaat şirkətinin direktoru, biznesmen olub. Tanışları onların nümunəvi ailə olduqlarını deyirlər.

Ehtimal edilir ki, ata və qızı İrinanı aparmadan dəniz sahilinə tətilə getmək istəyiblər. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər