İdlibdə türk general dünyasını dəyişdi
Dərc olunub:
9-09-2020, 17:38
İdlibdə Türkiyə ordusunun generalı həyatını itirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İdlibdə vəzifəsini icra edən general-mayor Sezgin Ərdoğanın halı pisləşib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, S.Ərdoğan ürək çatışmazlığından dünyasını dəyişib.