Azərbaycanlı müğənni koronavirusdan öldü
Dərc olunub:
9-09-2020, 12:23
Azərbaycanlı müğənni Toğrul Həbibi vəfat edib.
Kult.az Mediapost.az-a istinadən xəbər verir ki, ifaçı bir neçə gündür 1 saylı Klinik Mərkəzdə komada idi.
Koronavirusa yoluxan ifaçının EKMO aparatına qoşulması üçün petisiya yaradılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.
Qeyd edək ki, T.Həbibi Bakının tanınmış restoranlardakı çıxışları ilə məşhurlaşıb.