"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib“Neftçi” - "Şkupi"oyunu yekunlaşıb.

Avrasiya.net xəbər verir ki, "Neftçi" doğma meydanda Şimali Makedoniya təmsilçisini 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, bu qələbə sayəsində "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.
Daha bir vəzifəli şəxs övladına toy etdi - Rəsmi açıqlamaPaytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb.

DİN-dən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatlığı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğində, iştirak edənlərdən 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
-11-ci siniflər üçün məktəb nə vaxt açılır? - RəsmiOktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, həftədə 2 və ya 3 dəfə.

Avrasiya.net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi davam edəcək:

"Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verərsə, 5-11 siniflərdə təhsil alan ümumilikdə 1,3 milyon şagirdin uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarılmasını planlaşdırırıq".

O qeyd edib ki, əgər vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 15 oktyabrdan həftədə 2-3 gün olmaqla ənənəvi dərslərə başlaması planlaşdırılır.

Ümumilikdə isə 5-11-ci siniflər 15 sentyabrdan distant təhsilə başlayacaq.
Məktəblər bu tarixdə açılır: Şərtlər açıqlandı - RəsmiMəktəbəqədər hazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir.

Avrasiya.net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu il məktəbəqədər təhsil həftə 2 dəfə olmaqla oktyabrın 1-dən təşkil olunacaq:

"Bu proses 2 Noyabra qədər davam edəcək. Sözügedən tarixə qədər epidemioloji vəziyyət dəyişmədi halda, bu rejimdə işkəyə bilsək, bu təhsil müəssisələri üçün uğur hesab edilə bilər".

O qeyd edib ki, ibtidai siniflərdə isə həftə 2-3 dəfə olmaqla dərslər bərpa ediləcək: "İbtidai siniflərin həftə 3 dəfə gəlməsini, yoluxma sayı çoxalarsa, həftədə 2 dəfə gəlməsi tövsiyə olunur. İbtidai təhsil sahəsində 600 min şagird təhsil alır ki, burada 250 min nəfər Bakı, Sumqayıt və Abşeronun payına düşür"
“Ramiz Mehdiyevə cinayət işi açılmalıdır” – Partiya sədri“Əslində, toyu sonra da keçirə bilərdilər. Niyəz məhz indi?… Onlar daha çox diqqətli olmadırlar. Çünki, daha çox diqqət mərkəzində olurlar. Bu ilk növbədə İlham Əliyevin iqtidarına ziyandır”

Avrasiya.net xəbər verir ki, bunu Hurriyyet.org-a Ağ Partiyanın sədri Tural Abbaslı bildirib. O, Ramiz Mehdiyevin bu günə qədər olan siyasi fəaliyyəti araşdırılmalı olduğunu deyib:

“Ramiz Mehdiyevin nəvəsi üçün qeyd etdiyi toy mərasimi yalnız toy mərasimi deyildi, həm də dünənə qədər xidmət etdiyi bu günki iqtidara qarşı güc nümayişi idi. Dolayısıyla, dövlət öz gücünü dostlarına və düşmənlərinə göstərir. İqtidar da adekvat olaraq, Ramiz Mehdiyevin cavabını verdi.

Düşünürəm ki, nə qədər ki, Ramiz Mehdiyev neytrallaşdırılmayıb, bu məsələdə tam cavabını aldı demək olmaz. Çünki, Ramiz Mehdiyev hələ də böyük bir postdadır. Kifayət qədər təsirləri olan bir post sayılır. Ona qarşı mübarizə tam sona kimi davam etdirilməlidir. O, vəzifəsindən uzaqlaşdırılmalı və barəsində cinayət işi açılmalıdır.

Onun bu günə qədər olan siyasi fəaliyyəti araşdırılmalıdır. Kiminsə ağlına gəlməzdi ki, nə vaxtsa “boz kardinalın” kürəkənin qoluna qandal vurulacaq. Onlar üçün hələ bu da azdır. Biz kifayət qədər Ramiz Mehdiyevin kürəkəninin qanunsuz fəaliyyətləriylə bağlı mətbuatda danışmışıq. Onlar haqqında kifayət qədər istintaq materilları var. Düşünürəm ki, hakimiyyət bu məsələyə tez bir zamanda reaksiya verməlidir. Əks təqdirdə bu baş qaldırmalar dövlətçiliyi müsbət istiqamətdə aparmayacaq.

Sözsüz ki, pandemiya dövrü çox həssas bir dövrdür. Xalqın narazılığının və psixoloji gərginliyinin təbii olaraq, daha çox olduğu zamandayıq. Belə bir anda rəhbər elitanın fərdi yaşam tərziylə gündəmə çıxması, cəmiyyətdə iqtidara qarşı əlavə qıcıq yaradır. Əslində, toyu sonra da keçirə bilərdilər. Niyəz məhz indi?… Onlar daha çox diqqətli olmadırlar. Çünki, daha çox diqqət mərkəzində olurlar. Bu ilk növbədə İlham Əliyevin iqtidarına ziyandır”.



Bakıda vəkil intihar etdiAzərbaycan Vəkillər Kollegiyasinın üzvü özünü asaraq öldürüb.

Kollegiyadan Avrasiya.net-ə bildirilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.
“Könüllülər Kuboku”nun Siyəzən rayonu üzrə basketbol yarışı keçirilib27 avqust 2020-ci il tarixdə Zarat kənd tam orta məktəbin idman meydançasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi tərəfindən imzalanmış "Könüllülər Kuboku"nun əsasnaməsinə uyğun olaraq ilə basketbol yarışı keçirilib. Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Covid-19” pandemiyasına qarşı müdafiə tədbirlərinə əməl etmək şərtilə təşkil olunan yarışda 4 komanda iştirak edib. Yarışda Dinamo komandası I, Zarat komandası II, “C. B. T” komandası isə III yeri tutub.

Qalib komandalar "Könüllülər Kuboku" layihəsinin diplomları ilə təltif olunublar.
“Könüllülər Kuboku”nun Siyəzən rayonu üzrə basketbol yarışı keçirilib
“Könüllülər Kuboku”nun Siyəzən rayonu üzrə basketbol yarışı keçirilib
“Könüllülər Kuboku”nun Siyəzən rayonu üzrə basketbol yarışı keçirilib
#könüllülərkuboku #asv #azsportsvolunteers #sportsvolunteers #idmankonulluleri #idmankonulluleriaz #həyatınıidmanlayaşa #basketbol #SiyəzənGİİ
Ermənistan mənfur niyyətindən əl çəkmək istəmir Ülkər Piriyeva
Politoloq


Bir neçə gün bundan əvvəl Goranboyda Ermənistanın diversiya-kəşfiyyat qrupunun rəhbərinin ələ keçməsi rəsmi İrəvanın hələ də, öz mənfur niyyətlərindən əl çəkmədiyindən xəbər verir. Üstəlik, bu təxribat cəhdinin Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ərəfəsində baş verməsi də, müəyyən suallar doğurur..

Rəsmi İrəvan bu hərəkətləri ilə nə demək istəyir ?!
Cavab hər kəs üçün aydındır ..
Dərin iqtisadi böhran şəraitində yaşayan ölkə pandemiya ilə mübarizədə də, istədiyi nəticəni əldə edə bilmədiyindən diqqətləri nəyin bahasına olursa olsun, Azərbaycan ilə toqquşmalara yönəltmək istəyir. Lakin bu sahədə də, qarşı tərəf istədiyi nəticəni əldə edə bilmir. Çünkü nə Azərbaycan 25 il əvvəlki Azərbaycandır, nə də onun ordusu. Prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər, xaricdən ən müasir silahların alınması, Müdafiə Sənayesi Nazirliyinin qurulması peşəkar ordumuzun yaradılmasında öz sözünü dedi. Məhz, bu işlərin nəticəsi idi ki, indi Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır..

Lakin ermənistan ictimaiyyətindən fərqli olaraq, bu ölkənin rəhbərliyi bu reallığı hələ də, dərk eləmək istəmir. Bəzi super güclərin dəstəyinə arxalanaraq hərəkət edən ermənistan artıq meydanda tək qalıb. Nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nədə ki, ermənistanın ənənəvi dostları əvvəlki fəallığı nümayiş etdirə bilir. Bu məsələ ilə bağlı bir neçə məqamı xüsusi qeyd etmək lazımdır. Artıq Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihəni reallaşdırmaq mümkün deyil. Rəsmi Bakının enerji nəqliyyat-loqistika layihələri bu gün ölkəmizin strateji mövqeyini kifayət qədər gücləndirir. Bununla yanaşı, dünyada güclənən bir Türkiyənin olması və Azərbaycana birmənalı dəstəyini ifadə etməsi də qlobal gücləri 2 dəfə düşünməyə məcbur edir. Məhz, bu amillərin nəticəsidir ki, Azərbaycanla heç bir ölkə bugün diktə dili ilə danışa bilmir. Elə Tovuz döyüşlərindən sonra Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi də, təsadüfi bir plan deyil ..

Bu məhz, düşmənə göz dağı, dostlara isə güvən mesajı idi !
2016-cı İL ƏMƏLİYYATI DÖNÜŞ NÖQTƏSİ OLDU
Azərbaycan ordsunun son illərdə uğurlu LƏLƏTƏPƏ və GÜNNÜT əməliyyatları Ermənistanın ictimai-siyasi və hərbi dairələrində şok effekti yaratmışdı. Onlar I QARABAĞ müharibəsindən sonra qarşılarında güclü Azərbaycan ordusunu əyani şəkildə demək olar ki, ilk dəfə idi ki görürdülər. Ermənistanda atəşkəsdən sonrakı dövrdə korrupsiya və kriminal dairələrin güclənməsi heç şübhəsiz, bu ölkədə hərbi sənayenin zəifləməsi ilə müşaiyət olundu. İrəvan küçələrində tez-tez əsgər analarının etiraz aksiyaları keçirmələri də, ordudakı real durumun hansı vəziyyətdə olmasından xəbər verirdi.

Əslində, sosial-iqtisadi inkişafa nail ola bilməyən ermənistanın Azərbaycana zərbə endirməyi planlaşdırması gözlənilən idi.. Elə Tovuz döyüşləri də, Ermənistanın əvvəlcədən bu hərbi qarşıdurmaya hazırlaşdığını bir daha təsdiq edirdi. Nəticədə, düşmən öz istəyinə nail ola bilmədi. Azərbaycana beynəlxalq aləmdən ciddi dəstək gəldi. Bununla yanaşı, rəsmi Bakı Ermənistana silah satan ölkələrdən hesabat tələb elədi.
ERMƏNİLƏR ŞOYQUNUN SƏFƏRİ ZAMANI NİYƏ FƏALLAŞDI..
Rusiyanın müdafiə nazirinin səfəri ərəfəsində ermənistanın təxribat cəhdi onların hələ də, öz ampulalarında olduğundan xəbər verir. Baş verənlərə görə, yenə Azərbaycan ittiham olunacaq və Ermənistan yazıq və hücuma məruz qalan tərəf kimi dünyaya təqdim ediləcəkdi. Dünyaya Azərbaycanla hərbi əməkdaşlığın genişlənməsinin bölgə üçün təhlükəli olacağı mesajı veriləcəkdi. Erməni diasporunun təsiri altında olan bəzi media orqanlarında isə Azərbaycanla bağlı qarayaxma kampaniyası aparılacaqdı. Artıq dünya əvvəlki kimi ermənilərin yalanlarına inanmır. Elə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tovuz döyüşləri zamanı ermənistanı müdafiə edən mövqedən çıxış etməməsi rəsmi İrəvan üçün sürpriz oldu. Tovuz döyüşlərinin başa çatmasından təxminən 40 gün sonra Rusiya müdafiə naziri Serqey Şoyqunun Bakıya səfər etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Gündəlikdə olan məsələlərin əyani şəkildə müzakirə edilməsi rəsmi Bakının həssas olduğu məqamlar və narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılıb. Rusiyadan Ermənistana göndərilən hərbi yüklərlə bağlı cavabsız qalan sualllar ünvanlanıb
.
NATO və Rusiya generallarının görüş yerinə çevrilən Bakıdan çıxacaq qərarlar heç şübhəsiz Azərbaycanın xeyrinə olacaq. Çünkü Sorosun himayəsində olan Paşinyan höküməti Qaregin Nijdeyə heykəl ucaldan faşist ideologiya Rusiya üçün yaxın perspektivdə etibarlı tərəfdaş rolunu oynaya bilməz.!.

ABŞ gəmisi Aralıq dənizində türk gəmisini izlədi - ŞOK GÖRÜNTÜTürkiyənin neft-qaz axtardığı Krit adasının cənubunda dünəndən Yunanıstan donanmasının keçirdiyi təlimlər davam edir. İtaliyanın həm Yunanıstan, həm də Türkiyə ilə keçirdiyi təlimlərə ABŞ da qatılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Tvitterdə ABŞ gəmisinin bir türk gəmisini yaxından izlədiyinə dair fotoları yayıb.

Qeyd edilir ki, Türk Dəniz Qüvvələrinin Müttəfiq Dəniz Qüvvələri ilə keçici təlimləri davam edir. TCG Barbaros Friqat və TCG Burgazada gəmisi ilə ABŞ USS Vinston Çörçil tərəfindən 2020-ci ilin 26 avqust tarixində Şərqi Aralıq dənizində təlim icra edilib.

“Oruc Rəis araşdırma gəmisinin fəaliyyət sahəsində Yunanıstanın təlimləri dayanmır. Afina ordusu dünən Cənubi Kipr, Fransa və İtaliya ilə ortaq manevrlər həyata keçirib. Yunanıstan Müdafiə Nazirliyi təlimlərin Kipr və Kritin cənubunda 3 gün davam edəcəyini açıqlayıb. Fransa isə 26-28 avqust tarixlərində keçirilən təlimlərə helikopter, qırıcı və bir gəmi ilə iştirak etdiyini açıqlayıb”- Müdafiə Nazirliyinin məlumatında deyilir.

Fransa müdafiə naziri Florens Parli “Şərqi Aralıq dənizi gərginlik bölgəsinə çevrilib” ifadəsini işlədərək Tvitter hesabında Türkiyəyə qarşı iddialar səsləndirib: “Mesajımız sadədir. Öncə dialoq, əməkdaşlıq və diplomatiya olmalıdır. Beləcə Aralıq dənizi sabitlik və beynəlxalq hüquqa sayğı göstərən bölgəyə çevrilər. Şərqi Aralıq dənizi kimlərinsə istəyinə görə oyun meydançası olmamalıdır. O, ortaq dəyərdir”.
137 yoluxma, 83 sağalma, 2 öıüm faktıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, 1 956 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, bu günə qədər isə ümumilikdə 898 492 test icra olunub.