Sizin Reklam Burada

Adil İsmayılov həmkarını "duel"ə çağırdı

Adil İsmayılov həmkarını "duel"ə çağırdıAslan İsmayılovla tanışlığımızın əvvəli 1989-cu ilə gedib çıxır. Mənim barəmdə canlı yayım edəndə tanışlığımızın tarixçəsini ətraflı danışıb. Bu müddət ərzində dəfələrlə uzaqlaşıb, sonra yenidən yaxınlaşmışıq. Hər dəfə onun dəyişəcəyini düşünmüşəm. Görünür səhv etmişəm. Nə o dəyişib, nə də mən.

Avrasiya.net xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov Aslan İsmayılov haqda yazıb.

O bildirib ki, heç vaxt özünü reklam etməyib:

“Apardığım işləri yeri gəldi-gəlmədi ictimailəşdirməkdən qaçmışam, hay-küy, həyasızlıq mənlik deyil. 30 ildə dəfələrlə vəkil olduğum və ona heç bir aidiyyəti olmayan işlərdən Aslan müəllim bildi-bilmədi “ağız dolusu“ danışıb. Bu illər ərzində bir neçə dəfə qarşı tərəflərin vəkili olmuşuq. Cəmi bir dəfə ortaq işimiz olub, ikimiz bir gün eyni adamın vəkili olmuşuq. Heç vaxt onun arxasında iş çevirməmişəm, arxasınca danışmamışam, ümumiyyətlə, bu, mənim xarakterimə ziddir. Amma onun tam əksini etdiyini deyə və sübut edə bilərəm. Adam illərdir yetənə yetib, yetmədiyinin arxasınca daş atıb. Düşündüm ki, buna son qoymağın zamanı çatıb. Odur ki, burdan üzümü Aslan İsmayılova tutub deyirəm, onun arxasınca danışmaq, qeybət etmək mənə yaraşmaz, istədiyi məkanda, onlayn telekanalda onunla canlı yayımda söhbət etməyə, barəsində düşündüklərimi üzünə deməyə və barəmdə düşündüklərini eşitməyə hazıram. İctimaiyyətin bunları bilməyə və kimin-kim olmasını dəyərləndirməyə haqqı çatmasını düşünürəm. Nə deyirsiniz?”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər