Sizin Reklam Burada

Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq. - Şahin Rəcəbov

Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq. - Şahin RəcəbovÖtən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin sədri Şahin Rəcəbov Avrasiya.net-ə bildirib ki, görüş olduqca pozitiv atmosferdə keçdi və ümidverici təsir bağışladı: "Bu belə formatda ilk görüşdü. Görüş çox pozitiv təsir bağışladı. Hikmət müəllim hər kəsi dinlədi, bu sektorun problemlərinin həllində, vətəndaş cəmiyyətinin inkişafında dövlətin maraqlı olduğunu bildirdi. Görüşdə demək olar vətəndaş cəmiyyətinin inkişafının bir çox mühüm problemlərinə toxunuldu. QHT-lər narahat edən məsələlərə toxunuldu, hökumət - QHT münasibətləri, milli, dövlətçilik maraqları, QHT-lərin institusional inkişafı, qanunvericilik, ictimai nəzarətin gücləndirilməsi, beynəlxalq platformalardaki fəaliyyət, QHT-lərin maddi-texniki problemləri və maliyyə məsələləri, QHT-lərin kadr bankı, ictimai kadrların dövlət idarəçiliyinə cəlbi, ictimai işin elmi tədrisi və s. mühüm məsələlər diqqətə çatdırıldı.

Qeyd olundu ki, bu ilk görüşdür. İxtisaslaşmış təskilatlarla da görüş keçiriləcək. Prezident köməkçisi bildirdi ki, Prezident, Dövlət, Vətəndaş cəmiyyətinin inkişafında maraqlıdir və ictimai nəzarətin gücləndirilməsi Prezidentin əksər çıxışlarında xüsusilə vurğulanır. Qaldırılan hər məsələnin qeydə alındığı, problemlərin həlli üçün bütün mümkün addımların atilacagi bildirildi".

QHT sədri onu da qeyd edib ki, şəxsən ona dövlət rəsmisinin məsələlərə yanaşma tərzi çox pozitiv təsir bağışladı: "Düşünürəm ki, Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq. QHT-lərin fəaliyyətinə diqqət artırılacaq və bu fəaliyyət genişlənəcəkdir".

Məlumat üçün bildiririk ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər