Sizin Reklam Burada

Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir - XƏBƏRDARLIQTelefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir.

Bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.

Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.

“Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, - deyə ekspert bildirib.

S.Kosarev həmçinin telefondakı hansı SMS-lərin saytlardan parolları özündə ehtiva etdiyini xatırlamağı məsləhət gördü.

“Hər ehtimala qarşı onlar “səbətə” göndərilməlidir”, - deyə o əlavə edib.

Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına diqqət yetirilməlidir.

“Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir”, - deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər