Sizin Reklam Burada

Ermənistan mənfur niyyətindən əl çəkmək istəmir

Ermənistan mənfur niyyətindən əl çəkmək istəmir Ülkər Piriyeva
Politoloq


Bir neçə gün bundan əvvəl Goranboyda Ermənistanın diversiya-kəşfiyyat qrupunun rəhbərinin ələ keçməsi rəsmi İrəvanın hələ də, öz mənfur niyyətlərindən əl çəkmədiyindən xəbər verir. Üstəlik, bu təxribat cəhdinin Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ərəfəsində baş verməsi də, müəyyən suallar doğurur..

Rəsmi İrəvan bu hərəkətləri ilə nə demək istəyir ?!
Cavab hər kəs üçün aydındır ..
Dərin iqtisadi böhran şəraitində yaşayan ölkə pandemiya ilə mübarizədə də, istədiyi nəticəni əldə edə bilmədiyindən diqqətləri nəyin bahasına olursa olsun, Azərbaycan ilə toqquşmalara yönəltmək istəyir. Lakin bu sahədə də, qarşı tərəf istədiyi nəticəni əldə edə bilmir. Çünkü nə Azərbaycan 25 il əvvəlki Azərbaycandır, nə də onun ordusu. Prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər, xaricdən ən müasir silahların alınması, Müdafiə Sənayesi Nazirliyinin qurulması peşəkar ordumuzun yaradılmasında öz sözünü dedi. Məhz, bu işlərin nəticəsi idi ki, indi Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır..

Lakin ermənistan ictimaiyyətindən fərqli olaraq, bu ölkənin rəhbərliyi bu reallığı hələ də, dərk eləmək istəmir. Bəzi super güclərin dəstəyinə arxalanaraq hərəkət edən ermənistan artıq meydanda tək qalıb. Nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nədə ki, ermənistanın ənənəvi dostları əvvəlki fəallığı nümayiş etdirə bilir. Bu məsələ ilə bağlı bir neçə məqamı xüsusi qeyd etmək lazımdır. Artıq Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihəni reallaşdırmaq mümkün deyil. Rəsmi Bakının enerji nəqliyyat-loqistika layihələri bu gün ölkəmizin strateji mövqeyini kifayət qədər gücləndirir. Bununla yanaşı, dünyada güclənən bir Türkiyənin olması və Azərbaycana birmənalı dəstəyini ifadə etməsi də qlobal gücləri 2 dəfə düşünməyə məcbur edir. Məhz, bu amillərin nəticəsidir ki, Azərbaycanla heç bir ölkə bugün diktə dili ilə danışa bilmir. Elə Tovuz döyüşlərindən sonra Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi də, təsadüfi bir plan deyil ..

Bu məhz, düşmənə göz dağı, dostlara isə güvən mesajı idi !
2016-cı İL ƏMƏLİYYATI DÖNÜŞ NÖQTƏSİ OLDU
Azərbaycan ordsunun son illərdə uğurlu LƏLƏTƏPƏ və GÜNNÜT əməliyyatları Ermənistanın ictimai-siyasi və hərbi dairələrində şok effekti yaratmışdı. Onlar I QARABAĞ müharibəsindən sonra qarşılarında güclü Azərbaycan ordusunu əyani şəkildə demək olar ki, ilk dəfə idi ki görürdülər. Ermənistanda atəşkəsdən sonrakı dövrdə korrupsiya və kriminal dairələrin güclənməsi heç şübhəsiz, bu ölkədə hərbi sənayenin zəifləməsi ilə müşaiyət olundu. İrəvan küçələrində tez-tez əsgər analarının etiraz aksiyaları keçirmələri də, ordudakı real durumun hansı vəziyyətdə olmasından xəbər verirdi.

Əslində, sosial-iqtisadi inkişafa nail ola bilməyən ermənistanın Azərbaycana zərbə endirməyi planlaşdırması gözlənilən idi.. Elə Tovuz döyüşləri də, Ermənistanın əvvəlcədən bu hərbi qarşıdurmaya hazırlaşdığını bir daha təsdiq edirdi. Nəticədə, düşmən öz istəyinə nail ola bilmədi. Azərbaycana beynəlxalq aləmdən ciddi dəstək gəldi. Bununla yanaşı, rəsmi Bakı Ermənistana silah satan ölkələrdən hesabat tələb elədi.
ERMƏNİLƏR ŞOYQUNUN SƏFƏRİ ZAMANI NİYƏ FƏALLAŞDI..
Rusiyanın müdafiə nazirinin səfəri ərəfəsində ermənistanın təxribat cəhdi onların hələ də, öz ampulalarında olduğundan xəbər verir. Baş verənlərə görə, yenə Azərbaycan ittiham olunacaq və Ermənistan yazıq və hücuma məruz qalan tərəf kimi dünyaya təqdim ediləcəkdi. Dünyaya Azərbaycanla hərbi əməkdaşlığın genişlənməsinin bölgə üçün təhlükəli olacağı mesajı veriləcəkdi. Erməni diasporunun təsiri altında olan bəzi media orqanlarında isə Azərbaycanla bağlı qarayaxma kampaniyası aparılacaqdı. Artıq dünya əvvəlki kimi ermənilərin yalanlarına inanmır. Elə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tovuz döyüşləri zamanı ermənistanı müdafiə edən mövqedən çıxış etməməsi rəsmi İrəvan üçün sürpriz oldu. Tovuz döyüşlərinin başa çatmasından təxminən 40 gün sonra Rusiya müdafiə naziri Serqey Şoyqunun Bakıya səfər etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Gündəlikdə olan məsələlərin əyani şəkildə müzakirə edilməsi rəsmi Bakının həssas olduğu məqamlar və narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılıb. Rusiyadan Ermənistana göndərilən hərbi yüklərlə bağlı cavabsız qalan sualllar ünvanlanıb
.
NATO və Rusiya generallarının görüş yerinə çevrilən Bakıdan çıxacaq qərarlar heç şübhəsiz Azərbaycanın xeyrinə olacaq. Çünkü Sorosun himayəsində olan Paşinyan höküməti Qaregin Nijdeyə heykəl ucaldan faşist ideologiya Rusiya üçün yaxın perspektivdə etibarlı tərəfdaş rolunu oynaya bilməz.!.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər