Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdiDövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.

Firudin Nəbiyev Türkiyədə vəfat edib.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb.
İsveçdə ermənilər həmyerlimizə hücum edib?Mən İsveç Azərbaycanlılarının Kordinasiya Şurasının Əlaqələndiricisi olaraq rəsmi məlumat verirəm ki, müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə İsveçin Yöteborq şəhərində yaşayan Kənan Rüstəmova ermənilər tərəfindən təcavüz edilməsi haqqında yayılan məlumat tamamilə yanlışdır. Bu məlumatın yanlış olduğunu Kənan Rüstəmovun həyat yoldaşı Ülviyyə Nəcəfova təsdiqləyib və öz tərəfindən də rəsmi olaraq bütün mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatın yanlışlığı haqqında da məlumat verib.

Axar.az xəbər verir ki, bunları İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi İradə Əliyeva Söderberg deyib.

"Qeyd edim ki, Kənan Rüstəmov səhhəti ilə əlaqədar xeyli müddət bundan əvvəl həkimlər tərəfindən bu günə planlaşdırılmış əməliyyatdan keçib, hazırda xəstəxanadadır və səhhəti qənaətbəxşdir.

Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı bir təxribat kimi qiymətləndiririk və ümid edirik ki, yanlış məlumatın nə məqsədlə və kimlər tərfindən yayıldığı tezliklə aydınlaşacaq.

Biz İsveçdə yaşayan azərbaycanlılar dünyanın bir çox ölkələrində soydaşlarımıza qarşı olan hücum və təxibatlardan xəbərdarıq və yaşadığımız ölkədə soydaşlarımızı təxribatlara uymamağa, öz tələb və dəstəklərimizi sakit və qanuni yolla həyata keçirməyə səsləyərək tədbirlərimizi bu müstəvidən həyata keçiriik", - o əlavə edib.
Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ31 avqustadək metro da bağlı qalacaq.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, buninla bağlı qərar bir çox ekspertlərlə aparılmış müzakirə nəticəsində qəbul edilib:

"Bakı Nəqliyyat Agentliyinə xüsusi tapşırıqlar verilib ki, ehtiyac olduqda xəttə əlavə avtobuslar buraxsınlar".
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləriKolumbiyanın Səfiri Luis Antonio Dimate Kardenasının Kolumbiyanın Milli Günü münasibətilə Aəzrbaycan xalqı və Hökumətinə salamları

Cənab Səfir Luis Antonio Dimate Kardenasın müraciəti

1810-cu ilin 20 iyul tarixində başlayan və 9 il sonra Boyaka döyüşü ilə ölkəmizin azadlığının əbədi olaraq möhürləndiyi bu mötəbər tarixdə sizləri salamlamaqdan böyük şərəf hissi duyuram.

Məhz bugün bizə bu azadlığı qazandıran və özlərini qurban verərək böyük və suveren bir dövlətin əsaslarını yaradan qəhrəmanlarımızı yad edirik. Həmin o qəhrəmanlıq şücaətlərindən düz iki əsr keçir. O iki əsrklik əmək və səylər bizləri bugün gələcəyə daha nikbin bağmağa şərait yaradır.

Bugün Kolumbiya: güclü və sabit iqtisadiyyatı olan; sülhə, demokratiyaya, insan hüquqlarına və dayanıqlı inkişafa sadiq; öz xalqının rifahı və tərəqqisi üçün Prezident İvan Duke tərəfindən irəli sürülən qanunçuluq, təşəbbüskarlıq və bərabərlik prinsiplərini rəhbər tutaraq bütün öhdəlikləri layiqincə həyata keçirən bir dövlətdr.

Bugün Kolumbiya beynəlxalq arenada get-gedə daha da fəal rol oynayan, əməkdaşlığa öz tohfəsini verən və təşviq edən və digər ölkələr ilə dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməyə çalışan bir dövlətdir. Dost ölkə olan Azərbaycanla mükəmməl siyasi dialoqdan əlavə, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərimizdə son illərdə qazandığımız uğurlu nailliyətlərimiz buna bariz nümunədir.

Kolumbiyanın Azərbaycandakı ilk Səfiri olaraq, bu qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə sadiqəm. Səfirlikdəki həmkarlarım və eyni zamanda, bugün bizə ev sahibliyi edən bu gözəl ölkənin inkişafına öz fəaliyyəti və zəhməti ilə xidmət edən burada yaşayan həmvətənlərim məni bu uğurlu yolda müşayiət edirlər.

Bu ilki milli yubileyimizi fiziki olaraq həyata keçirə bilməsək də, mövcud sağlıq böhranının ortasında qeyd edirik. Buna baxmayaraq, əminəm ki, çətinliklərdə daha çox qüvvə ilə ortaya çıxan həmrəylik ruhu ilə qardaş xalqlar olaraq daha güclü və möhkəm şəkildə bu vəziyyətdən çıxmağa nail olacağıq.

Kolumbiyanın Prezidenti İvan Duke və Xarici İşlər Naziri Klaudia Blumun Azərbaycan xalqının tərəqqisi və rifahı, və həmçinin, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair ən xoş arzularını Azərbaycan Hökumətinə bir daha çatdıraraq sizlərə müraciətimi bitirirəm.
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Çimərliyə getmək üçün BU QAYDALARA əməl etməlisiniz21 iyundan 3 avqusta qədər 70 min insan gündəlik sms icazə alırdı və bu günə qədər 30 milyon sms icazə alınıb.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O qeyd edib ki, hazırda mövcud vəziyyət çimərliklərdən istifadəyə icazə verir: "Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib"

O qeyd edib ki, monitorinqin nəticələri tam avtomatlaşdırılmış şəkildə təhlil olunub: "Aparılmış təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı çimərliklər müəyyənləşdirilib. Eyni zamanda xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb.

Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Həmin məlumatlar cimerlik.az xüsusi internet səhifəsində əks etdirilir.

Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edəcəklər:

Eyni zamanda yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürüləcəkdir"

Qurum rəsmisi əlavə edib ki, fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib:

"COVID -19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:

1. Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;

2. Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;

3. İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;

4. Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;

5. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;

6. Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;

7. Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;

8. Qadağan olunmuş ərazilərdən istifadə etməmək;

9. Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;

10. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.

Ülvi Mehdiyev qeyd edib ki, cimerlik.az saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından vətəndaşların ehtiyatlı olması tövsiyə edilir: "Çünki orada monitorinq aparılmayıb, dezinfeksiya tədbirləri görülməyib".
Bu sahələrə maliyyə dəstəyi göstəriləcəkDövlətimiz tərəfindən koronavirus pandemiyası başlayandan sosial-iqtisadi yardım göstərilir. Burada muzdlu işçilərin maaşları dövlət tərəfindən ödənilir, eyni zamanda birdəfəlik müavinət ödənilir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"279 114 min vergi ödəyicisi müraciət edib, 28 min vergi ödəyicisinə müvafiq dəstək məbləği ödənilib. Pandemiyadan əziyyət çəkən sahələrə maliyyə dəstəyinin göstərilməsi üçün qərar var və bu barədə məlumat veriləcək. Onlara 250 manat dəstəyin yenidən verilməsi diqqət mərkəzindədir", - H.Hacıyev bildirib.

O qeyd edib ki, dünya üzrə gəlirlərdə 5 faiz itki müşahidə olunması gözlənilir:

"Lakin pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, ölkəmizdə vəziyyət qənaətbəxşdir".
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.
Partiyam təkbaşına qalib gəlməlidir - SaakaşviliGürcüstan Vahid Milli Hərəkat Partiyası seçkidə təkbaşına qalib gəlməlidir.

Axar.az xəbər verir ki, bunu “Mtavari arxi" televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, oktyabrda keçiriləcək seçkidə heç bir partiyanın Vahid Milli Hərəkatla mübarizə aparmaq gücündə olmadığını bildirib:

“Mən fikrim o idi ki, bütün real müxalif qüvvələri birləşdirib, vahid parlament siyahısı hazırlanmalıdır. Onlar bundan imtina etdilər ki, bu da çox pisdir. İndi Vahid Milli Hərəkat onun ümumi siyahı ilə etməsi gərəkdiyini etməlidir. Milli Hərəkat bu seçkidə təkbaşına qalib gəlməlidir və mən əminəm ki, bu, belə də olacaq”.

Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlər qüvvədədir.

Avrasiya.net-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən:

ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)

xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;

əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

toy məclislərinin təşkilinin qadağan olunması;

bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

massaj və hamam xidmətlərinin göstərilməsi;

13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHISərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir: Avrasiya.net-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Rəsmi məlumata görə,

• həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
muzey və sərgi zallarının fəaliyyəti;

bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;