Sizin Reklam Burada

Sabiq baş konsul Ramiz Mehdiyevə SÖZ ATDI

Sabiq baş konsul Ramiz Mehdiyevə SÖZ ATDIPrezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev vaxtilə onunla birlikdə hakimiyyətdə təmsil olunmuş şəxslərin ittihamlarına məruz qalmaqda davam edir.

Bu sırada YAP-ın qurucularından olmuş sabiq deputat Maksim Musayev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov, YAP Siyasi Şurasının üzvü, eks-deputat Musa Musayev, "Yeni Azərbaycan" qəzetinin keşmiş baş redaktoru Alqış Həsənoğlu, eks-YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu və digərlərinin adını çəkmək olar.

Onlar Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham edirlər.

Ramiz Mehdiyevə ünvanlanmış növbəti ittiham YAP siyasi Şurasının üzvü, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, Prezident təqaüdçüsü Xeyrəddin Qocadan gəlib.

Modern.az-ın məlumatına görə, X.Qoca Ramiz Mehdiyevə "elmi axtarışları"na görə söz atıb.

“Ramiz Mehdiyevin işi-gücü, "elmi axtarışları" o olub ki, Azərbaycan Prezidentləri Heydər Əliyevin, İlham Əliyevin məruzə və çıxışlarını toplayıb qalın-qalın kitablar nəşr etdirsin. Həmin kitablarda da yazıb ki, "buraxılışa məsul akademik Ramiz Mediyev". Sonra da dövlət adamlarını bir yerə yığıb, həmin kitabların müzakirəsini keçirib!..”,- Xeyrəddin Qoca bildirib.

Qeyd edək ki, R.Mehdiyev də hazırda Xeyrəddin Qoca ilə yanaşı, YAP siyasi Şurasının üzvüdür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər