Azər Süleymanov Marneuli-Qardabani üzrə namizədi oldu
Vahid Milli Hərakat partiyası (VMH) Azər Süleymanovu Marneuli-Qardabani üzrə majoritar namizəd olaraq təstiq edib.
Bu barədə məlumatı 24News.ge xəbər portalına "Vahid Milli Hərakat" partiyasının Marneuli qərargahının rəhbəri Aqil Mustafayev verib.
"Artıq bir müddətdir ki, Marneuli və Qardabani üzrə majoritar namizədlə bağlı müzakirələrimiz davam edirdi. Mənimdə iştirakımla partiyanın Marneuli üzrə qəragahında və eləcə də, partiyanın mərkəzi rəhbərliyi ilə birlikdə müzakirələrimiz davam etdi və qərar verdik ki, Marneuli-Qardabani üzrə namizəd Azər Süleymanov olsun.
Hər birimiz VMH partiyasının bütün üzvləri bu seçkilərdə qələbə üçün tam hazırıq. Siz bilirsiz ki, Azər Süleymanovun xalq arasında böyük reputasiyası (nüfuzu) var və əminəmki, biz qəlbəyə nail olacağıq. Bizim məqsədimiz digər partiyalar kimi vəzifə qazanmaq deyil, əsas mübarizəmiz Gürcüstan üçündür, xalq üçündür və bizim istəyimiz odur ki, xalqı mövcud çətinliklərdən qurtaraq və onlara daha yaxşı yaşam tərzi gətirək", - deyə A. Mustafayev bildirib.
Qeyd edək ki, Aqil Mustafayevin daha geniş video müsahibəsini axşam saat 22:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.