03 avq 18:41dunya

Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri

Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləriKolumbiyanın Səfiri Luis Antonio Dimate Kardenasının Kolumbiyanın Milli Günü münasibətilə Aəzrbaycan xalqı və Hökumətinə salamları

Cənab Səfir Luis Antonio Dimate Kardenasın müraciəti

1810-cu ilin 20 iyul tarixində başlayan və 9 il sonra Boyaka döyüşü ilə ölkəmizin azadlığının əbədi olaraq möhürləndiyi bu mötəbər tarixdə sizləri salamlamaqdan böyük şərəf hissi duyuram.

Məhz bugün bizə bu azadlığı qazandıran və özlərini qurban verərək böyük və suveren bir dövlətin əsaslarını yaradan qəhrəmanlarımızı yad edirik. Həmin o qəhrəmanlıq şücaətlərindən düz iki əsr keçir. O iki əsrklik əmək və səylər bizləri bugün gələcəyə daha nikbin bağmağa şərait yaradır.

Bugün Kolumbiya: güclü və sabit iqtisadiyyatı olan; sülhə, demokratiyaya, insan hüquqlarına və dayanıqlı inkişafa sadiq; öz xalqının rifahı və tərəqqisi üçün Prezident İvan Duke tərəfindən irəli sürülən qanunçuluq, təşəbbüskarlıq və bərabərlik prinsiplərini rəhbər tutaraq bütün öhdəlikləri layiqincə həyata keçirən bir dövlətdr.

Bugün Kolumbiya beynəlxalq arenada get-gedə daha da fəal rol oynayan, əməkdaşlığa öz tohfəsini verən və təşviq edən və digər ölkələr ilə dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməyə çalışan bir dövlətdir. Dost ölkə olan Azərbaycanla mükəmməl siyasi dialoqdan əlavə, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərimizdə son illərdə qazandığımız uğurlu nailliyətlərimiz buna bariz nümunədir.

Kolumbiyanın Azərbaycandakı ilk Səfiri olaraq, bu qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə sadiqəm. Səfirlikdəki həmkarlarım və eyni zamanda, bugün bizə ev sahibliyi edən bu gözəl ölkənin inkişafına öz fəaliyyəti və zəhməti ilə xidmət edən burada yaşayan həmvətənlərim məni bu uğurlu yolda müşayiət edirlər.

Bu ilki milli yubileyimizi fiziki olaraq həyata keçirə bilməsək də, mövcud sağlıq böhranının ortasında qeyd edirik. Buna baxmayaraq, əminəm ki, çətinliklərdə daha çox qüvvə ilə ortaya çıxan həmrəylik ruhu ilə qardaş xalqlar olaraq daha güclü və möhkəm şəkildə bu vəziyyətdən çıxmağa nail olacağıq.

Kolumbiyanın Prezidenti İvan Duke və Xarici İşlər Naziri Klaudia Blumun Azərbaycan xalqının tərəqqisi və rifahı, və həmçinin, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair ən xoş arzularını Azərbaycan Hökumətinə bir daha çatdıraraq sizlərə müraciətimi bitirirəm.
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
Kolumbiyanın Milli Günü münasibətilə səfirin ürək sözləri
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.