Hadı Rəcəblinin obyekti icarəyə verildi
Dərc olunub:
3-08-2020, 14:41
Keçmiş deputat Hadı Rəcəblinin Lənkərandakı obyekti icarəyə verilib.
Avrasiya.net Hit.az-a istinadla xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən və əvvəllər Zamin Bankın filialı olan obyekt ini "Veysəloğlu"nun yerli ofisi kimi fəaliyyət göstərir.
Həmin bina illərlə uşaq xəstəxanası olub və H.Rəcəbli tərəfindən özəlləşdirilib. Binanın yuxarı mərtəbəsində "Mayak" otel xidmət göstərir, alt mərtəbəsi isə icarəyə verilib. Qeyd edək ki, 9 fevralda keçirilən parlament seçkilərinən sonra H.Rəcəblinin deputat elan edildiyi 73-cü dairədə nəticələr ləğv olunub.