03 avq 10:20dunya

İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum etdi - FOTO

İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum etdi - FOTOİsveçdə yaşayan azərbaycanlı iş adamı, Qarabağ qazisi Kənan Hacıəkbəroğlu ermənilərin hücumuna məruz qalıb.

Həmvətənimiz ötən gün Göteborqda “Vitt Hem Qarabağ” restoranından çıxıb, evinə gedib. Avtomobilini evinin qarşısında saxlayan zaman ona yaxınlaşan dörd nəfərin hücumuna məruz qalıb. Onlar K.Hacıəkbəroğluya baş və bədən nahiyəsindən xəsarət yetiriblər, erməni dilində təhqir ediblər.

Həmvətənimiz çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Ermənilər “Qarabag” dövlət nömrə nişanlı “Volvo” avtomobilini də əziblər.

Hadisə yerinə polis çağırılıb. İş adanl döyərək qaçan ermənilərin şəxsiyyətlərinin müəyyən olunması üçün araşdırmalara başlanılıb.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub.

O, məşhur batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur. (musavat.com
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.