Kürdəmirdə itkin düşən şəxsin meyiti tapıldı
Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti tapılıb.

Aparılan axtarışlar zamanı onun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.

Meyit müayinə olması üçün Səhiyyə Nazirliyinin tibbi ekspertiza və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. /Report
Ermənistan təxribata əl atdı, əsgəri vurulduErmənistan Silahlı Qüvvələrinin Tavuş rayonundakı hərbi hissəsinin əsgəri yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurn Ovannisyan açıqlama verib.

O iddia edib ki, Tavuş rayonunun Berkaber kəndində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Artur Arzumanyan Azərbaycan tərəfindən snayperdən açılan atəş nəticəsində döyüş mövqeyində yaralanıb.

Qeyd edək ki, bu gün səhər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Onun bir arzusu var - Müstəqil Azərbaycana xidmət etmək93 saylı Bərdə Seçki Dairəsindən Deputatlığa namizəd Xəyalə Əhmədova.

İxtisasca hüquqşünas olan Xəyalə Əhmədova içtimaiyyət arasında əsasən xeyriyyəçilik fəaliyəti ilə tanınıb. Əslən Qarabağlı- Bərdəli olan Xəyalə Əhmədova hər zaman vətənpərvərliyi təbliğ etmiş, daim maddi və mənəvi dəstəyi ilə şəhid ailələrinin, Qarabağ qazilərinin yanında olmuşdur.Xüsusilə sağlamlığı məhdud insanlar, valideyn himayəsindən uzaq düşmüş uşaqlar və atılmış qocalar Xəyalə Əhmədovanın diqqətindən uzaqda qalmamışdır.

Bütün fəaliyətində yalnız dövlətimizə və dövlətçiliyimizə arxalanan Xəyalə Əhmədova cənab prezidentimiz İlham Əliyevin sərəncam və qərarlarına söykənmiş, atdığı addımlarda birinci vitse-prezident Mehriban Əliyevanın yolunu tutmuş və fəxrlə onun davamçısı olaraq müasir Azərbaycan qadınını tərənnüm etmişdir. Xəyalə Əhmədovanın yalnız bir arzusu var- Azərbaycanımızın daha da güclənməsi, xalqımızın rifahının günü-gündən yaxşılaşması, cənab prezidentimizin ətrafında sıx birləşərək Azərbaycanın müstəqilliyini daim qorumaq. Seçicilərinin önünə bu amalla, bu arzu ilə çıxacaq deputatlığa namizəd Xəyalə Əhmədovaya uğur arzulayırıq.

Xəyalə Əhmədovanın üç ali təhsili var. Ailəlidir. İki oğlu var.
Onun bir arzusu var - Müstəqil Azərbaycana xidmət etmək
Onun bir arzusu var - Müstəqil Azərbaycana xidmət etmək
Artıq İran üzərindən uçmayacağıq - Ukrayna
Ukrayna təyyarələri artıq İran üzərindən uçmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Beynəlxalq Hava Yolları (UBHY) məlumat yayıb. Açıqlamada Ukrayna təyyarələrinin marşrutunun dəyişdirildiyi qeyd edilib.

Hava Yolları sözçüsü vurulan sərnişin təyyarəsinin marşrutunun sonradan dəyişdirilməsi ilə bağlı iddiaları rədd edib və İranın hava sahəsini bağlaması gərəkdiyini deyib.

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Bununla bağlı artıq bir çox ölkə İran üzərindən uçuşlardam imtina edib.

Baş redaktorun namizədliyi qeydə alınıbDİA.AZ saytının Baş redaktoru Məhəmməd Ərsoyun namizədliyi qeydə alınıb. Bununla bağlı açıqlama verən Məhəmməd Ərsooy bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə vətənini, millətini sevən bir gənc olaraq yenidən namizəd olmaq qərarını verib:

"2005-ci ildə Mingəçevirdən 47 saylı dairədən deputatlığa namizəd olmuşdum. Böyük fərqlə hazırki deputat Aydın Mirzəzadəyə qalib gəlsəm də, qələbəm rəsmən tanınmadı. İndi isə yenidən seçkilərə qatılmaq qərarını verdim.

Nə 2010-cu ildə, nə də 2015-ci ildə namizəd olmadım. Çünki artıq seçki sisteminə inamım qalmamışdı.

Amma indi inanıram və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 47 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər".
SEPAH generalı Ukrayna təyyarəsinin vurulması barədə: “Tehran müraciətimizi yerinə yetirməyib”
İran RƏM sisteminin operatoru Ukraynanın MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsini "düşmən obyekti" kimi müəyyənləşdirib.

IRNA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Kopusu HHQ-nin komandanı Əmir Əli Hacızadə bəyan edib.

Rabitədə olan kəsilmələrlə əlaqədar “düşmən obyekt” barədə komandanlığa məlumat verilməyib, bu səbəbdən qanadlı raketin buraxılması barədə qərar özbaşına verilib. Hacızadənin sözlərinə görə, qərarı qəbul etmək üçün operatorun beş saniyəsi olub və o yanlış qərar verərək raketi hədəfi vurmaq üçün buraxıb.

Hacızadə ABŞ bazalarına raket hücumları müddətində aviarabitənin (uçuşların) dayandırılması barədə rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Sonradan İran hökuməti təyyarənin səhvən vurlduğunu etiraf etdi.
Nərminin qatili həbs edildi
Tovuz Rayon Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Avrasiya.net-in Reporta istinadla xəbərinə görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Məzahir Pənahov DSK-nın qərarını ləğv etdi
Mərkəzi Seçki Komissiyası (MSK) 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.

Avrasiya.net-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyini irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M. Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.