Sizin Reklam Burada

SEPAH generalı Ukrayna təyyarəsinin vurulması barədə: “Tehran müraciətimizi yerinə yetirməyib”

SEPAH generalı Ukrayna təyyarəsinin vurulması barədə: “Tehran müraciətimizi yerinə yetirməyib”
İran RƏM sisteminin operatoru Ukraynanın MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsini "düşmən obyekti" kimi müəyyənləşdirib.

IRNA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Kopusu HHQ-nin komandanı Əmir Əli Hacızadə bəyan edib.

Rabitədə olan kəsilmələrlə əlaqədar “düşmən obyekt” barədə komandanlığa məlumat verilməyib, bu səbəbdən qanadlı raketin buraxılması barədə qərar özbaşına verilib. Hacızadənin sözlərinə görə, qərarı qəbul etmək üçün operatorun beş saniyəsi olub və o yanlış qərar verərək raketi hədəfi vurmaq üçün buraxıb.

Hacızadə ABŞ bazalarına raket hücumları müddətində aviarabitənin (uçuşların) dayandırılması barədə rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Sonradan İran hökuməti təyyarənin səhvən vurlduğunu etiraf etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər