Sizin Reklam Burada

Nərminin qətli ilə bağlı müəmma: Polis mane olub? - Rəsmi

 Nərminin qətli ilə bağlı müəmma: Polis mane olub? - Rəsmi
Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva qatili İlkin Süleymanovun əmisi oğlunun polis olduğu və onun Süleymanovların evində axtarış aparmasına mane olması barədə yayılan xəbərlərlə bağlı araşdırma aparılıb. Məlum olub ki, onun əmisi oğlu həqiqətən də polisdir.

Bu sözləri Axar.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, İlkin Süleymanovun əmisi oğlu polisdir, amma Nərminlə bağlı aparılan əməliyyatda və istintaqda iştirak etməyib.

E.Zahidov həmçinin qeyd edib ki, axtarış qrupuna rəhbərlik edən polis zabitinin istintaqa cəlb edilməsi ilə bağlı yayılan xəbərlər də şayiədir.

Məsələ ilə bağlı Nərmin Quliyevanın ailəsindən saytımıza bildirilib ki, İlkin Süleymanovun həqiqətən də rayonda polis vəzifəsində çalışan əmisi oğlu var. Amma onun istintaqa mane olması ilə bağlı yayılan xəbərlərin doğru-olub olmadığından xəbərsiz olduqlarını bildiriblər.

Ailə onu da bildirib ki, Nərminin qətlində 4 nəfərin əlində var. Lakin istintaq aparıldığı üçün əlavə məlumat verə bilmirlər:

"Nərminin 7 mərasimindən sonra hüquq mühafizə orqanları daha ətraflı məlumat verəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər