Sizin Reklam Burada

İran etiraf etdi -Tәyyarә sәhvәn vurulub

İran etiraf etdi -Tәyyarә sәhvәn vurulub
İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında 8 yanvarda qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.

Bu, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir.

Modern.az RİA Novosti-yə istinadәn mәlumat verir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb.

Bәyanata әsasәn, İranın havadan müdafiәsi İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib.

Bәyanatda qeyd olunur ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә İran xalqı və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir vә müdafiə sistemində aparılan islahatlar bir daha belә hadisәnin baş vermәsini qeyri-mümkün edib.

İranın adı çәkilәn orqanı әsas sәbәbkarın Silahlı Qüvvәlәrin Baş Qәrargahının әdliyyә orqanına elan olunmasını vә qanuni çәrçivәdә addımın atılacağını elan edib.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.



Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər