“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi həyata keçirilir
Goranboy rayonunun dörd ümumtəhsil müəssisəsində “Şagirdlərin Maliyyə Mühəndisliyi” adlı qrant layihəsi icra olunur. Layihəyə yuxarı sinif şagirdləri arasından ümumilikdə 60 nəfər şagird cəlb edilib.
Qeyd edək ki, layihə Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir və Sarovlu kənd ümumi orta məktəbinin direktoru Günay Qasımova tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində aşağıdakı məktəblər əhatə olunur:
Dəliməmmədli şəhər M. Zeynalov adına tam orta məktəb;
H. Cəfərov adına Quşçular kənd tam orta məktəb;
Faxralı kənd Teymur Sadıqov adına tam orta məktəb;
Sarovlu kənd ümumi orta məktəb.
6 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi şagirdlərin maliyyə savadlılığının artırılması, iqtisadi düşüncə tərzinin formalaşdırılması və maliyyə qərarlarının düzgün idarə olunması üzrə bilik və bacarıqlarının gücləndirilməsindən ibarətdir.![]()
![]()
![]()
![]()
