Kişi və qardaşı oğlu maşında dəm qazından öldü
Dərc olunub:
15-01-2026, 16:54
Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır.
