Dayanıqlı su təminatı: Prezident İlham Əliyevin strateji baxışı

Dayanıqlı su təminatı: Prezident İlham Əliyevin strateji baxışı“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” Azərbaycanın son 20 ildə formalaşdırdığı infrastruktur siyasətinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq əsas infrastruktur problemlərini həll edib və daha mürəkkəb, uzunmüddətli çağırışlara fokuslanmış inkişaf mərhələsinə qədəm qoyub”.

Bunu Avrasiya.net-ə açıqlamasında deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, son 20 il ərzində icra edilən regional inkişaf proqramları nəticəsində elektrik enerjisi, qazlaşdırma, yol infrastrukturu və su təminatı sahələrində köklü dönüş yaradılıb. “Bu gün Azərbaycanın enerji generasiya gücü təqribən 10 min meqavat təşkil edir və daxili tələbatı üstələyir. Azərbaycan artıq yalnız enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda elektrik enerjisinin ixracı istiqamətində regional və beynəlxalq səviyyədə real addımlar atır. Qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması da sosial rifahın yüksəldilməsi və enerji müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətdir. Vaxtilə qaz və elektrik enerjisi idxal edən Azərbaycan bu gün 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. Son 20 ildə inşa edilən dörd böyük su anbarı – xüsusilə Taxtakörpü və Şəmkirçay – həm Bakı şəhərinin, həm də ölkənin qərb bölgələrinin su təminatında həlledici rol oynayıb. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi paytaxtın dayanıqlı su təminatının əsas sütunlarından biridir. Dövlət başçısı işğal dövründə Ermənistan tərəfindən həyata keçirilən “su terroru”nu da xatırladaraq vurğuladı ki, Sərsəng və Suqovuşan su anbarlarından sudan silah kimi istifadə edilməsi Azərbaycan üçün ciddi humanitar və iqtisadi problemlər yaradırdı. Bu gün isə həmin su anbarlarının, eləcə də azad edilmiş ərazilərdə yerləşən digər hidrotexniki qurğuların tam bərpası ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”, - o qeyd edib.

Deputat əlavə edib ki, yeni Dövlət Proqramı Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etməklə, uzun illər yığılıb qalmış problemlərin sistemli həllini hədəfləyir: “Proqram çərçivəsində təxminən 30 yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40–45 faiz səviyyəsindən kəskin şəkildə azaldılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması və Xəzər dənizinə axıdılan kanalizasiya sularının tam təmizlənməsi paytaxtın ekoloji təhlükəsizliyi baxımından mühüm addımlar olacaq. İlk dəfə olaraq Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun tikilməsi isə alternativ su mənbələrinin yaradılması istiqamətində strateji yenilikdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, proqramın icrasına həm dövlət qurumları, həm də ictimaiyyət tərəfindən ciddi nəzarət ediləcək. Bu yanaşma şəffaflıq, məsuliyyət və nəticəyönümlü idarəetmənin təminatıdır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadası üçün təkcə infrastruktur sənədi deyil, su təhlükəsizliyi, ekoloji balans və dayanıqlı şəhər inkişafı baxımından strateji yol xəritəsidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər