"Əxlaqsız təkliflər edir" - Azərbaycanda vəkilə qarşı ağır ittihamlar

"Əxlaqsız təkliflər edir" - Azərbaycanda vəkilə qarşı ağır ittihamlar“Hüquqlarımı qorumalı olan vəkil məni intihar həddinə çatdırıb. Özünün yarıçılpaq, qeyri-etik fotolarını göndərir, əxlaqsız təkliflər edir”.

Bu iddia ilə “Qafqazinfo”ya ixtisasca həkim olan L.Abdullayeva müraciət edib. Bakıda yaşayan şikayətçi bir müddət əvvəl dələduzluq faktı ilə üzləşdiyini və müdafiə məqsədilə vəkil Raul Ramazanovla müqavilə bağladığını deyir.

Qadının sözlərinə görə, aralarında yalnız rəsmi və məsafəli münasibət olsa da, bir müddətdən sonra vəkil tərəfindən telefonuna əxlaqsız təkliflər və qeyri-etik şəkillər göndərilib. Şikayətçi deyir ki, dəfələrlə bu barədə vəkilə xəbərdarlıq edib müqaviləni dayandıracağını desə də, vəkil onu hədələməkdən əl çəkməyib: “Ötən il iyun ayının əvvəlində vəkil Raul Ramazanovla üz-üzə görüşdük və 12 nömrəli vəkil bürosunda müqavilə bağladıq. Mən ona etibarnamə verdim ki, məhkəmədə hüquqlarımı müdafiə etsin. Bir neçə ay sonra mənə əxlaqsız təkliflər etməyə başladı. Razılaşmayanda isə istintaq prosesində mənim hüquqlarımı lazımi şəkildə qorumayacağını, işimi buracağını dedi. Mən əminəm ki, bunu da edər.

Bu qeyri-etik mesajlar, əxlaqsız təklifləri bir qadın olaraq şərəf və ləyaqətimə toxunub. Bu günə kimi Raul bəy daxil, hər kəslə rəsmiyyəti qorumuşam və buna diqqət etmişəm. Əsla belə davranışlara layiq biri deyiləm. Məcbur qalıb müqaviləni pozacağımı, yeni vəkillə müqavilə bağlayacağımı dedim. Çünki artıq onunla işləyə, göndərdiyi qeyri-etik, yarıçılpaq şəkillərini qəbul edə bilmirdim...”

Şikayətçi vəkilin ona göndərdiyini bildirdiyi fotoları da redaksiyamıza təqdim edib, lakin şəkillərin qeyri-etik olduğunu nəzərə alaraq yayımlamırıq. L.Abdullayeva problemlə bağlı aidiyyəti dövlət orqanlarına, eyni zamanda Vəkillər Kollegiyasına müraciət etdiyini əlavə edib.

İttihamlarda adı hallanan vəkil Raul Ramazanovla əlaqə saxlasaq da, o, söylənilənlərin həqiqətə uyğun olmadığını bildirərək telefonu söndürdü: “Yalandır, şər-böhtandır...”

Məsələ ilə əlaqədar Vəkillər Kollegiyasına da sorğu ünvanlamışıq.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan R.Ramazanov 8 ildir ki, vəkil olaraq fəaliyyət göstərir. O, hazırda 12 saylı Vəkil Bürosunda çalışır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər