Tərtər hadisələrində ölən polkovnikin övladlarına - 20 min veriləcək

Tərtər hadisələrində ölən polkovnikin övladlarına - 20 min veriləcək2017-ci ildə Tərtər hadisələri zamanı öldürülən polkovnik-leytenant Saleh Qafarovun iki övladına kompensasiya ödəniləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

İddiaçılar zabit atalarının ölümü ilə bağlı hərəsinə 600 min manat olmaqla təzminat tələb ediblər.

Bu iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Buna baxmayaraq, cavabdehin nümayəndəsi iddia ilə razılaşmayaraq bildirib ki, bu qurumun hərəkətləri nəticəsində iddiaçılara hər hansı zərər dəyməyib.

Məhkəmə yekunda iddianı qismən təmin edib. Qərara əsasən, mərhum polkovnik-leytenantın övladlarının hərəsinə 10 min manat olmaqla, ümumilikdə 20 min manat təzminat ödəniləcək.

Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.

Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra mərhum Saleh Qafarova da bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya 50 min manat təzminat ödənilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər