Bakıda ana qızını bıçaqladı
Dərc olunub:
14-01-2026, 16:18
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib.
Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qol və sinə nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.
Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
