Xəzər Universiteti nümayəndə heyətinin Ankaraya işgüzar səfəri

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli 2026-cı il yanvarın 6-8-də Ankarada işgüzar səfərdə olublar

İlk görüş yanvarın 6-da Ankara Müzik ve Güzel Sanatlar Universitetində rektor Prof. Erhan Özden`le keçirildi. H.İsaxanlı və E.Özden iki qardaş ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladılar. Xəzər Universiteti ilə Ankara Müzik ve Güzel Sanatlar Universiteti arasında anlaşma protokolu imzalandı.

Yanvarın 6-da nümayəndə heyəti TÜRKSOY Başqan yardımçısı Sait Yusufla görüşdü. S.Yusuf qonaqlara təşkilat haqqında və gələcək planlarından danışdı.

Ankara Sosyal Bilimler Universitetinin (ASBU) rektoru, Prof. Musa Arıcan yanvarın 6-da Xəzər Universitetindən gələn qonaqları səmimi qarşılayaraq, universitet haqqında geniş məlumat verdi və iki universitet arasında anlaşma protokolu imzalandı.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri Dos. Nəcibə Nəsibova, TÜRKSOY Dairə başqanı Dr. Barış Cavid Mövsümlü, Yentek Taşdemir Model Tasarım-ın Baş müdiri Ali Taşdemir və universitet rəhbərliyi iştirak etdilər.

M. Arıcan qonaqları ASBÜ ilə tanış etdi və ziyafət verildi.

Yanvarın 7-də nümayəndə heyəti Türkiye Cumhuriyeti Anayasa Məhkəməsinin Başqanı Kadir Özkaya və Məhkəmənin üzvü Yılmaz Akçil`lə görüşdü. Dos. Nəcibə Nəsibovanın iştirakı ilə keçən görüşdə Kadir Özkaya qonaqlara Anayasa Məhkəməsi haqqında ətraflı məlumat verdi. Hamlet İsaxanlı Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər haqqında danışdı və Kadir Özkaya`nı Bakıya, Xəzər Universitetinə dəvət etdi. Qonaqlar Məhkəmənin tarixi muzeyi ilə tanış oldular.

Xəzər Universitetinin nümayəndə heyəti yanvarın 7-də Hacettepe Unuversitetinin rektoru Prof. Mehmet Cahit Güran tərəfindən qəbul edildi. Hamlet İsaxanlı Xəzər Universitetinin nailiyyətləri haqqında danışdı.. Gələcək illərdə iki universitet arasında əməkdaşlıqla bağlı razılıq əldə elildi və Prof. Mehmet Güran geniş əlaqələrin qurulmasının zəruriliyini vurğuladı.

Yanvarın 8-də nümayəndə heyəti Qazi Universitetinin rektoru Prof. Uğur Ünal`la görüşdü. Görüş zamanı Hamlet İsaxanlı Qazi Universiteti ilə olan əməkdaşlıqdan məmnun olduğunu bildirdi və gələcəkdə daha çox işlərin görüləcəyini qeyd etdi.

Ü. Ünal da Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirdi və H.İsaxanlıya yeni kitablarini hədiyyə verdi. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.

.Yanvarın 8-də nümayəndə heyəti Ankara Universitetsinin rektoru Prof. Necdat Ünivar`ın dəvəti ilə üniversitetin qonağı oldu. Qonaqları səmimi qarşılayan Necdat Ünivar universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı dəvət üçün rektor Necdat Ünivara dərin təşəkkürnü bildirdi. Görüş zamanı iki universitet arasında bundan sonra da əlaqələrin genişləndiril­məsinin vacibliyi vurğulandı. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.

Rektor tərəfindən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə Ankara Universitetnin prorektorları - Prof. Gülnur Göllü Bahadır, Prof. Hatice Bakkaloğlu və Əczaçılıq fakültəsinin professoru Tansel Çomoğlu və digər şəxslər iştirak etdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli yanvarın 8-də Orta Doğu Teknik Universitetinin rek­toru Prof. Ahmet Yozgatlıgil`in qonağı oldular. Qonaqları səmimi qarşılayan Ahmet Yozgatlıgil universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı rektor Ahmet Yozgatlıgilə dərin təşəkkü­rünü bildirdi. İki universitet arasında bundan sonra da əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.

Ankarada keçirilən görüşlərdə hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər