Bizim Xamis...

Bizim Xamis...Böyüyüb boya-başa çatdığı ailədə sayca altıncı övlad olsa da, amma ərəb dilindən tərcümədə adının mənası “beşinci övlad” deməkdir. El arasında “Qılınc Qurban” kimi dəyərləndirilən, rəhmətlik el ağsaqqalı Mir Baxas ağanın yadigarı Xamis Qubadovu nəzərdə tuturam. Xamis Yardımlının Bürzünbül kəndində dünyaya gəlsə də, yeniyetmə vaxtlarından ömrünü Bakı ilə bağlayıb. Əvvəlcə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyini bitirib, ardınca Azərbaycan Texniki Universitetiində ali təhsilə yiyələnib, sonradan mebel biznesinə girişib. Daha doğrusu, “Forrest” mebel fabrikini yaradaraq rəhbərlik edir...

Səsinin ahəngindəki bənzərsizlik özünü xarakterində də biruzə verir. Əxlaqı, xisləti, davranışı o qədər gözəldir ki, tanıyanlarının yanında xüsusi hörməti var. Möhkəmlik və inadkarlığı ilə seçilir. İşdə və həyatda əzmkar, çalışqan və səbirli adamdır. Məqsədinə çatmaq üçün yorulmadan çalışır və qarşısına çıxan çətinlikləri asanlıqla dəf etməyi bacarır. Ona- nizam-intizam, məsuliyyət və sədaqətin simvoludur- desəm, yəqin ki yanılmaram. Ənənəvi dəyərlərə önəm verir və dostlara qarşı sadiqliyi ilə seçilir...

...On, on beş il bundan öncənin söhbətidir. O vaxt Yardımlıda yaşayan- övladı olmayan və əri vəfat etmiş tənha qadınlara ərzaq yardımı edirdik. Bunu haradansa eşidib, bir gün telefon açıb məni yanına dəvət etdi. Səmimi söhbətdən sonra mühasibini otağına çağırıb göstəriş verdi ki, görülən işlərə dəstək kimi, hər ay mənə iki yüz manat maddi vəsait ayrılsın. Və mən ABŞ-a gedənədək bu vəsaitdən xeyriyyə işlərində istifadə etdim...

Xarizmatikdir. Sakit, təmkinli və nəzakətli adamdır. Emosiyalarını nadir hallarda açıq şəkildə göstərir və yüksək daxili gücə sahibdir. Verdiyi sözə və öhdəliklərinə ciddi yanaşır. Dürüstlüyü xoşlayır. Yorulmaq bilmir, işgüzarlığına söz ola bilməz. Tələsmədən, addım-addım məqsədinə doğru irəliləyir. Güclü yaddaşı var və iş həyatında çox bacarıqlıdır. Enerjisini boş yerə sərf etmədən səmərəli və müntəzəm xərcləyir. Xəyallar və fantaziyalar onun həyatının əsas hissəsi deyil. O, real həyatla yaşayır...

...Bütün bunlar bir yana, əsas odur ki, o, bir rəhbər kimi də bənzərsizdir. Adətən özəl sahədə çalışan fəhlələr əmək haqlarından narazı olurlar. Axı, sahibkarların çoxu işçilərini çox işlədib az məvacib verirlər. Xamis isə heç vaxt işçilərinin haqqına girmir. Deyir ki, mən Allahın hüzuruna “qul haqqı” ilə gedə bilmərəm...

Polad iradəsi var, özünü idarə edə və istədiyi uğura nail ola bilir. İşləməyi çox sevir. Həyatını təmin etmək və gələcəklə bağlı qayğılarını aradan qaldırmaq üçün daim çalışır. Şəxsi baxımına və inkişafa böyük əhəmiyyət verir. Bir sözlə, Xamis ləyaqətli kişilərdəndir. Yanvarın 12-si Xamisin dünyaya gəldiyi gündür. Bu dəfə 53 yaşı tamam olur. Ad günü münasibətilə onu təbrik edir, möhkəm can sağlığı, müvəffəqiyyətlər arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər