Ana və oğlu dəm qazından zəhərləndi, biri öldü
Dərc olunub:
10-01-2026, 10:10
Tərtərdə ana və oğlu dəm qazından zəhərlənib.
Axar.az xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşviq Əsəd oğlu Əzimov və anası - 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.
Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimovanın isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
