İcra hakimiyyətlərində islahat başladı - Bu vəzifələr ləğv edildi

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.

Bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.

Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb.

Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb:

Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə - icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.

Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 minədək olanda) - İcra başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə. Cəmi 3 ştat.

Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 mindən yuxarı olanda) - icra başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə. Cəmi 4 işçi.

Başqa sözlə, qəsəbə və kənd icra nümayəndəlikləri formalaşdırılanda əhali sayı nəzərə alınıb. Əhalisi 10 min nəfərədək olan ərazilərdə icra nümayəndəliklərinin 3, 10 mindən çox olanda 4 əməkdaşı olacaq. (Mənbə: Yenisabah)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər