Gömrük əməkdaşları üçün növbəti ixtisasartırma təlimləri başlayıb
Dərc olunub:
8-01-2026, 19:01
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük xidməti əməkdaşları üçün növbəti ixtisasartırma təlimlərinə start verilib.
Təlimdə iştirak edəcək əməkdaşlarla keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov təlimlərin təşkili, proqramın məqsədi və məzmunundan bəhs ediblər. Həmçinin bildirilib ki, təlimlərdə əldə edilən nəzəri və praktiki biliklər əməkdaşların xidməti fəaliyyətlərinin səmərəli təşkilinə mühüm töhfə verəcək.
Qeyd edək ki, təlimlər 5 həftə davam edəcək.
