Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyində sədr dəyişikliyi baş tutub

23 sentyabr 2025-ci il tarixində Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyində növbəti Ümumi Yığıncağı keçirilmiş və Elçin Əkbərov Birliyin sədri seçilmişdir.

Təsis edildiyi tarixdən Elçin Əkbərov Birliyin idarə heyətində təmsil olunmuşdur.

Elçin Əkbərov idarəetmə, investisiya təhlili sahələrində peşəkar təcrübəyə, iqtisadiyyat sahəsində akademik-praktiki biliklərə və beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, aqrar sektor, sertifikatlaşdırma və ixracyönümlü layihələr üzrə çoxsaylı yerli və beynəlxalq təşəbbüslərdə, eyni zamanda dövlət xətti ilə müxtəlif ixrac missiyaları və aqrar biznes səfərlərində iştirak etmişdir. Müxtəlif dövrlərdə GIZ, UNDP, FAO və digər beynəlxalq qurumların layihələrində yerli ekspert və təlimçi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XİQ (beynəlxalq iqtiasdi münasibətlər) və MBA, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsil almış, Almaniya Federativ Respublikasında menecer təlim proqramında və Amerika Birləşmiş Ştatlarında biznes yönümlü təcrübə proqramında iştirak etmişdir.

Birlik 21 iyun 2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təsis edilmiş, 2 avqust 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birlik ölkədə ekoloji yönümlü istehsalın təşviqi, ixrac potensialının artırılması və dayanıqlı inkişaf prinsiplərinin dəstəklənməsi məqsədilə fəaliyyət göstərir.

Təsis edildiyi gündən etibarən Birliyin İdarə Heyətinə Emin Əliyev rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə ictimai birlik ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları arasında təcrübə mübadiləsinin təşkili, dövlət qurumları ilə koordinasiya və maarifləndirmə istiqamətində bir sıra təşəbbüslər həyata keçirmişdir. Hazırda Emin Əliyev Birliyin idarə heyətində rolunu davam etdirməklə yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədr müavini seçilmişdir.

Yeni rəhbərliyin dövründə Birlik ekoloji təmiz istehsalın milli iqtisadiyyatda strateji əhəmiyyətini ön plana çıxarmağı, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və sahibkarlarla sıx əməkdaşlıq formatlarını genişləndirməyi hədəfləyir. Əsas prioritetlər sırasında sektorun davamlı inkişafının təmin edilməsi, ixrac potensialının artırılması və Azərbaycanın beynəlxalq bazarlarda ekoloji təmiz məhsul istehsalçısı kimi mövqeyinin gücləndirilməsi yer alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər