Dələduzluqda ittiham olunan şirkət direktoru həbsdə vəfat edib

Dələduzluqda ittiham olunan şirkət direktoru həbsdə vəfat edibBakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan "Avro Qrand" MMC-nin keçmiş direktoru Xanlar Cəfərov həbsdə vəfat edib.

Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənəddə bildirilib.

Sənəddə qeyd edilib ki, Xanlar Cəfərov bu il yanvarın 1-də müalicə olunduğu tibb müəssissində vəfat edib.

Qeyd edək ki, Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib. O, ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl isə 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 9 illik həbs cəzası verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər