Gömrük əməkdaşları üçün növbəti ixtisasartırma təlimləri başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Akademiyanın əməkdaşları və təlimlərə cəlb olunan gömrük əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq təlimlərin təşkili ilə bağlı məlumat verib. Tədrisin keyfiyyətindən və təlim proqramının məzmunundan söz açan Akademiya rəisi ixtisasartırma təlimlərinin peşəkar mütəxəssislər tərəfindən aparıldığını və proqramın müasir tələblərə uyğun hazırlandığını bildirib. O, gömrük sistemində aparılan islahatların əməkdaşlardan yeni bacarıqlar tələb etdiyini vurğulayaraq, bu təlimlərin peşəkarlığın artırılmasında mühüm rol oynadığını qeyd edib.
Təlimlərin əhəmiyyətindən söz açan DGK-nın idarə rəisi Vüqar Əsgərov da dinləyicilərə uğurlar arzulayaraq onların təlimlərdə əldə etdikləri bilik və bacarıqların xidməti fəaliyyətlərinin səmərəli təşkilinə önəmli töhfə verəcəyinə ümid edib.
Qeyd edək ki, təlimlər 5 həftə ərzində davam edəcək.
![]()
![]()
