Sabiq nazir dövlətə olan 2,2 milyon borcunu ödəyib

Sabiq nazir dövlətə olan 2,2 milyon borcunu ödəyibSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri olan "İmprotex Industries” MMC külli miqdarda vergi borcunu ödəyib.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, “İmprotex Industries” MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.

Bildirək ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.

Qeyd edək ki, “Improtex” qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.

Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər