Samuxda 22 yaşlı gənc bıçaqlanıb
Dərc olunub:
2-01-2026, 04:03
Samuxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 2004-cü il təvəllüdü V. Səmədzadə bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır
