Qar yağacaq, yollar buz bağlayacaq - Hava xəbərdarlığı
Dərc olunub:
Bu gün, 09:43
Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
