Talıbovun bacanağına qarşı 183 minlik dələduzluq...

Naxçıvan şəhərində "Hell Energy" məhsullarının rəsmi distribyutoru olan "Collabera" MMC-nin sahibi Hümbət Qəhrəmanova qarşı külli miqdarda dələduzluq olub.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, Hümbət Qəhrəmanovun pulunu mənimsəyən Kamal adlı ailə dostu olub.

183 min manatı mənimsəyən Kamal "Hell" içkilərini obyektlərə paylayıb pulu alsa da, məhsulları satdığı adamların adına saxta borc yazıb. Sonradan işin üstü açılıb və Hümbət Qəhrəmanov dostunu hüquq-mühafizə orqanlarına şikayət edib.

Hümbət Qəhrəmanova dəyən zərər sonradan geri ödənilib.

Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladı olub. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub. Hümbət Qəhrəmanov Muxtar Respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub.

Hümbət Qəhərəmanov Vasif Talıbovun vəzifədə olduğu dönəmdə Naxçıvanda xərçəng biznesi ilə də məşğul olub, Talıbovlara məxsus "Sizin" marketin idarəçiliyi onun ixtiyarına verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər