Onlar QHT Agentliyində Müşahidə Şurasının yeni üzvləri oldular - SİYAHI

2026-cı ilin əvvəlində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə AZƏRTAC-a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Müşahidə Şurasında təmsil olunan qurumlar artıq təmsilçilərini təqdim edib. Yeni tərkibin üzvləri aşağıdakı şəxslərdir:


Şuranın 4 il müddətində yeni sədri seçəcəyini deyən Agentik təmsilçisi əlavə edib:

“Bundan sonra Müşahidə Şurası daxili qərarlarla Agentliyin İdarə Heyətini və onun tərkibini formalaşdıracaq. Bildiyiniz kimi, artıq “icraçı direktor” vəzifəsi ləğv olundu. İdarə Heyəti 3 nəfərdən ibarət olacaq, bura sədr və onun 2 müavini daxildir. Agentlikdə yeni struktur formalaşdırılacaq”.

Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, ildə 2 dəfədən az olmayaraq, iclaslarını keçirməlidir.

Ü.Qarayeva onu da açıqlayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında da Agentliyi yeni nümayəndələr təmsil edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər