Ucarda 14 nəfər zəhərləndi
Dərc olunub:
30-12-2025, 17:12
Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Avrasiya.net xəbər verir ki, bu barədə APA-ya Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
