Arzu Nağıyev Gədəbəydə növbəti vətəndaş qəbulu keçirib
Dərc olunub:
28-12-2025, 13:22
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 27 dekabr tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər məşğulluq, sosial, kommunal və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.
