Xaçmazda təhsilverənlər arasında Breyn rinq intellektual oyunu üzrə turnir keçirilib

Xaçmaz şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun və "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin dəstəyi ilə Xaçmaz rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin iştirakı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində breyn rinq intellektual oyunu üzrə "Həmrəylik kuboku" turniri keçirilib.

Turnirdə 10 müxtəlif təhsil müəssisəsində çalışan müəllimlərdən ibarət 8 komanda iştirak edib.
Açılış mərasimində iştirak edən Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Yaşar Abbasov, Quba - Xaçmaz Regional Gənclər və İdman idarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin müəllimlərin asudə vaxtın səmərəli təşkil edilməsi, müəllimlər arasında əməkdaşlığın inkişaf etdirilməsi olduğunu qeyd ediblər.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda qalib adını Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin "Nanotex" komandası qazanıb. Armudpadar və Sayad kənd məktəblərinin müəllimlərindən ibarət "Arzu" komandası ikinci, Xaçmaz şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin "Xaçmaz 6" komandası üçüncü mükafatın sahibi olub.

Yekunda qaliblər təşkilatçılar tərəfindən diplomlar, həmkarlar komitəsi tərəfindən hədiyyələrlə, digər mükafatçılar isə diplomlarla təltif olunub.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər