Elşən Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycan Estetik Təbabət Assosiasiyasının sədri Elşən Məmmədovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Elşən Məmmədovun direktoru olduğu "Proline İnnovation Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və sədri olduğu Azərbaycan Estetik Təbabət Assosiasiyasına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.

İdarə tərəfindən 1974-cü il tarixində Göyçay rayonunda anadan olmuş Elşən Məmmədova Yasamal rayonunda qeydiyyatda olduğu ünvanına borcun ödənilməsi üçün məktub göndərilib. Lakin borc ödənilməyib və idarə tərəfindən məhkəməyə müraciət olunub.

Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməyib və bunun səbəbləri barədə məlumat verməyib.

Məhkəmənin hökmü ilə Elşən Şahmar oğlu Məmmədovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Məlumata görə, Elşən Məmmədovun ümumilikdə 30 min manatdan çox vergi borcu var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər