Həmkəndlisini öldürüb basdırdığı yerdə it damı tikib - 2 il sonra üstü açılan cinayət (VİDEO)

Xaçmazda 2023-cü ildə itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Avrasiya.net Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.

Evini kirayə verən 38 yaşlı Əmirəddin Əkbərovun 50 yaşlı kirayənişin - Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi bildirilir.

Qətlə yetirilən və itkin düşdüyü bildirilən Əmirəddin Əkbərov aliment borcuna görə axtarışda imiş. O, 3 ilə yaxın müddət ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun 50 yaşlı Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.

Hadisə ilə bağlı Surəddin Həsənəliyev saxlanıb. Məlumata görə o, meyiti basdırdığı yerdə izi itirmək üçün it üçün yuva düzəldibmiş.

Mərhumun meyiti basdırıldığı yerdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər