DGKA-da Prezident İlham Əliyevin doğum günü ərəfəsində ağacəkmə aksiyası keçirilib
Dərc olunub:
Bu gün, 10:15
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) ölkə başçısının ətraf mühitin qorunmasına dair çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Akademiya rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən aksiya çərçivəsində Akademiyanın ətraf ərazisində şam, pavlovniya ağacları və gül kolları əkilib. Əkilən ağaclar və gül kolları suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.![]()
![]()
![]()
