"Kanal 11"in rəhbərinin cəzası 2 il azaldıldı

"Kanal 11"in rəhbərinin cəzası 2 il azaldıldı"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovun kassasiya şikayəti qismən təmin olunaraq onun cəzası azaldılıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrlik etdiyi yekun iclasda qərar qəbul edilərək Teymur Kərimovun cəzası daha 2 il azaldılaraq 5 ilə endirilib.

Xatırladaq ki, "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov 2023-cü ilin 11 dekabr tarixində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb.

2024-cü ilin 28 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilmişdi. Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən Teymur Kərimov onun barəsində olan birinci instansiyanin hökmündən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdikdən sonra onun cəzası 1 il azaldılaraq 7 ilə endirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər