Milli qəhrəmanlar Prezidenti təbrik ediblər

Milli qəhrəmanlar Prezidenti təbrik ediblərAzərbaycan Respublikasının Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, Şəhid ailələri və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Avrasiya.net məktubu olduğu kimi təqm edir: “Azərbaycan Respublikasının 209 Şəhid Milli Qəhrəman ailəsi, 34 Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailəsi, 15 sağ olan Milli Qəhrəmanı, 49 sağ olan Vətən Müharibəsi Qəhrəmanı və bu qəhrəman ailələrini öz ətrafında birləşdirən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbərliyi Sizi 24 dekabr 2025-ci il tarixində 64-cü doğum gününüz münasibətilə dərin ehtiramla təbrik edir.

Sizin dövlətçilik fəaliyyətiniz, respublikamızın təhlükəsizliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və xalqımızın rifahının yüksəldilməsi istiqamətində uzun illər ərzində göstərdiyiniz qətiyyətli xidmətlər ölkəmizin inkişaf tarixində mühüm mərhələlərdən birini təşkil edir. Siyasi iradəniz, prinsipial mövqeyiniz, dövlətçilik məsuliyyətinə sarsılmaz bağlılığınız və milli maraqlarımızın müdafiəsi naminə yorulmaz fəaliyyətiniz Azərbaycan xalqının yaddaşında xüsusi ehtiramla anılır.

Siz illər boyunca yalnız dövlət quruculuğunda deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətimizdə birlik və həmrəyliyin gücləndirilməsi, sağlam xalq–dövlət münasibətlərinin formalaşdırılması sahəsində müstəsna rol oynamısınız. Xüsusilə Azərbaycan Ordusunun modernləşdirilməsi və regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilməsi istiqamətində apardığınız genişmiqyaslı islahatlar bu gün ölkəmizin təhlükəsizliyinin etibarlı dayaqlarından biri kimi dəyərləndirilir.

Vətənə sədaqət, dövlətə bağlılıq və xalqın mənafeyinə xidmət prinsiplərini fəaliyyətinizin əsas meyarı edərək, Siz həm dövlət xadimi, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi tanınırsınız. Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyiniz xüsusi diqqət və həssas münasibət bu sahədə formalaşmış dövlət siyasətinin ardıcıl və uğurlu şəkildə davam etdirilməsinə mühüm töhfədir. Bu qayğı Vətən uğrunda canından keçmiş igidlərin ailələri və döyüş yolu keçmiş qazilərimiz tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Biz – Azərbaycanın ən ali ordenlərinə layiq görülmüş Milli Qəhrəmanlar, Vətən Müharibəsi Qəhrəmanları və şəhid ailələri – Sizin dövlətimiz və xalqımız qarşısında göstərdiyiniz misilsiz xidmətləri yüksək dəyərləndirir, bu xidmətlərin dövlətçilik tariximizin parlaq səhifələrini təşkil edəcəyinə inanırıq. Sizin çoxillik təcrübəniz, uzaqgörən strateji baxışınız və müdrik dövlətçilik mövqeyiniz ölkəmizin davamlı inkişafına bundan sonra da əhəmiyyətli təsir göstərəcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar və daim zirvədə olmağı arzu edirik. Ümid edirik ki, xalqımızın birliyi, dövlətimizin gücü və Vətənimizin əbədiliyi naminə gördüyünüz işlər hər zaman bəhrəsini verəcəkdir.
Uca Tanrıdan Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Azərbaycanımızın inkişafı davamlı, xalqımızın birliyi möhkəm, dövlətimizin qüdrəti əbədi olsun!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər