Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyevin döğum günü münasibəti ilə İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir ki, “Sizi, zəmanəmizin dahi dövlət rəhbərini doğum gününüz münasibəti ilə İçərişəhər “Cümə məscidi” dini icmasının üzvləri adından səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Azərbaycana rəhbərlik etdiyiniz 22 il ərzində ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə edib, beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb, nüfuzlu regional lider kimi mövqelərini möhkəmləndirib. Ən əsası isə Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb. Bu gün Sizin rəhbərliyinizlə həmin torpaqlarda böyük quruğuluq işləri gedir, keçmiş məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdırlar.

Biz, inanclı insanlar ölkəmizin əldə etdiyi bu uğurları Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir və bildiririk ki, Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik, tolerantlıq və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.
Bir daha doğum gününüz münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.

Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər