Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə 2025/2026-cı tədris ilinin payız semestrinin yekunları, Akademiyanın təlim və tədris proqramları üzrə özünü təhlil və qiymətləndirmə sisteminin yaradılması, magistr dissertasiya işlərinin mövzularının və elmi rəhbərlərinin təsdiqi, semestrdaxili imtahanların nəticəsi, qış imtahan sessiyasına hazırlıq və digər cari məsələlər daxil edilib.

Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.

İclasda Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynovun cari tədris ilinin payız semestrində görülmüş işlər və tədrisin təşkili barəsində çıxış edib.

Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov təlim və tədris proqramlarının keyfiyyətinin artırılması məqsədilə özünü təhlil və qiymətləndirmə sisteminin formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova magistr dissertasiya işlərinin və elmi rəhbərlərinin təsdiqi, Akademiyanın elmi fəaliyyəti ilə bağlı hesabatla çıxış edib.

Daha sonra Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev payız semestrinin semestrdaxili imtahanlarının nəticəsi, qış imtahan sessiyasına hazırlıqla bağlı qarşıda duran məsələləri iştirakçılarının diqqətinə çatdırıb.

Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlər ətrafında fikirləri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər